• 09.04.2020

Mtatsmindada yanğın: 60 yanğınsöndürən cəlb olunub

 Mtatsmindada yanğın: 60 yanğınsöndürən cəlb olunub

Tbilisidə, Mtatsminda dağının ətəyində yanğın olub.

NewsBureau xəbər verir ki, yanğın artıq lokallaşdırılıb.

Gürcüstanın Fövqəladə Halların İdarə olunması Xidmətinin məlumatına əsasən, yanğının söndürülməsində 60-a yaxın yanğınsöndürən iştirak edib.

Alovun Mtatsminda parkının ərazisinə yayılması təhlükəsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Yanğınsöndürən briqada gecə ərzində yanğın zonasında nəzarət həyata keçirəcək.

Digər xəbərlər