• 05.07.2020

Tbilisidə Xocalı faciəsinə həsr edilən qanvermə aksiyası keçirilib – FOTO

 Tbilisidə Xocalı faciəsinə həsr edilən qanvermə aksiyası keçirilib – FOTO

Azərbaycanın Gürcüstandakı səfirliyində könüllü qanvermə aksiyası keçirilib.

NewsBureau xəbər verir ki, aksiya Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı təşkil olunub.

Aksiyada Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov başda olmaqla səfirlik əməkdaşları, azərbaycanlı iş adamları və ziyalılar da iştirak ediblər.

Qanvermə aksiyası gün boyu davam etdiriləcək. Toplanacaq qan Natalia Kvantaliani adına Mərkəzi Qan Bankında saxlanılacaq və ehtiyacı olanlara təmənnasız təqdim olunacaq.

Aksiya çərçivəsində diplomatik nümayəndəlikdə Xocalı qətliamını əks etdirən fotoşəkillər də sərgilənib.

Digər xəbərlər