• 09.04.2020

Tbilisidə Xocalıya ədalət tələb olundu – FOTO

 Tbilisidə Xocalıya ədalət tələb olundu – FOTO

Tbilisidə Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı maarifləndirici aksiya keçirilib.

NewsBureau xəbər verir ki, aksiyada azərbaycanlı gənclər işirak ediblər.

“Xocalıya ədalət” yazısı olan jiletlər geyinmiş aksiya iştirakçıları Azərbaycan, gürcü və ingilis dillərində “İşğala yox!” şüarı səsləndiriblər.

Aksiyada Şəbnəm Hüseynli  kamançada həzin musiqi və muğam parçaları ifa edib. Tədbir çərçivəsində Tbilisi sakinlərinə Xocalı faciəsi barədə broşürlər paylanılıb.

Digər xəbərlər