• 09.04.2020

Azərbaycan hərbçiləri Gürcüstanda qış dağ təlimində – FOTO+VİDEO

 Azərbaycan hərbçiləri Gürcüstanda qış dağ təlimində – FOTO+VİDEO

Azərbaycan hərbçiləri Gürcüstanın Bakuriani bölgəsində keçirilən qış dağ təliminə qatılıblar.

NewsBureau xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

Təlim NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində keçirilir. Kursda NATO-ya yeddi üzv və tərəfdaş ölkənin – Gürcüstan, Azərbaycan, ABŞ, Latviya, Ukrayna, Polşa və Belarusun 31 hərbçisi iştirak edir.

Saçxere Dağ Hazırlığı Təlim Mərkəzinin təlimçilərinin köməyi ilə hərbçilər xizəklə maneələrin dəf olunması, qarda sığınacağın qurulması, qar uçqunu zamanı axtarışların həyata keçirilməsi və xəsarət alanların təxliyəsi üsullarını öyrənirlər.  Təlim qarlı ərazidə gecələməyi də nəzərdə tutur. 

Kursun sonunda hərbçilər müvafiq imtahan verərək qış aralıq təlim kursunda iştirak üçün imkan əldə edəcəklər.

Digər xəbərlər