• 29.02.2020

Gürcüstan DİN Marneuli sakinlərinə ekspress xidmətlər göstərməyə başlayıb – VİDEO

 Gürcüstan DİN Marneuli sakinlərinə ekspress xidmətlər göstərməyə başlayıb – VİDEO

Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Vahid Xidmət Mərkəzi Marneuli və Borjomidə vətəndaşlara ekspress xidmətlər göstərməyə başlayıb.

NewsBureau xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Mobil ekspress filiallar “vahid pəncərə” sistemi üzrə fəaliyyət göstərir.

Vətəndaşlar müasir avadanlıq və elektron tətbiqlərlə təchiz olunan xüsusi furqonda sürücülük vəsiqəsinin dəyişdirilməsi, dövlət nömrə nişanının qeydiyyata alınması, cərimələrin ödənilməsi və digər bu kimi 50-yə yaxın xidmətdən istifadə edə biləcəklər. Xidmətlərdən martın 7-nə qədər yararlanmaq mümkün olacaq.

DİN-nin ekspress filialları ilk olaraq ötən ilin noyabrında Kaxeti və İmereti bölgələrində fəaliyyət göstərməyə başlayıb. Layihənin məqsədi polis xidmətlərinə əlçatanlığın artırılmasıdır.

Digər xəbərlər