• 09.07.2020

Tbilisi hava limanında əcnəbi vətəndaş saxlanılıb

 Tbilisi hava limanında əcnəbi vətəndaş saxlanılıb

Tbilisi hava limanında 1969-cu il təvəllüdlü əcnəbi vətəndaş saxlanılıb.

NewsBureau xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Xarici ölkə vətəndaşından 97 ədəd “Subuteks” həbi, tərkibində “Buprenorfin” olan toz, 5 ədəd “Ekstazi” həbi və 11 bağlamada “MDMA” narkotik maddəsi müsadirə olunub.

Faktla bağlı istintaq aparılır. Saxlanılan şəxsi 5 ildən 20 ilədək həbs cəzası gözləyir.

Digər xəbərlər