• 29.02.2020

Marneulidə 17 yaşlı qız qaçırılıb, ombudsman məsələni diqqətə götürüb – YENİLƏNİB

 Marneulidə 17 yaşlı qız qaçırılıb, ombudsman məsələni diqqətə götürüb – YENİLƏNİB

Gürcüstan ombudsmanı Nino Lomcaria Marneulidə bu gün  qaçırılan 17 yaşlı azərbaycanlı qızın məsələsini diqqətə götürüb.

NewsBureau xəbər verir ki, insan haqları üzrə müvəkkil Marneuliyə gəlib.

N.Lomcaria qızın yaxınları ilə görüşüb və polis idarəsində olub. O, hüquq-mühafizə orqanlarını faktla bağlı araşdırmanı sürətləndirməyə çağırıb.

Ombudsman deyib ki, məktəbli qızın zorla qaçırılması digər qızların da təhsil almalarına ciddi problem yarada bilər.

Yaxınları qızın yerinin bu vaxta qədər müəyyən olunmamasından narazıdırlar. Onlar polis idarəsinin qarşısına toplaşaraq buna etirazlarını bildiriblər.

***18:30

Marneuli rayonunda 17 yaşlı azərbaycanlı qız qaçırılıb.

NewsBureau xəbər verir ki, hadisə rayonun mərkəzində baş verib.

Məktəbli sinif yoldaşları ilə birgə hazırlıqdan qayıdan zaman zorla qaçırılıb. Şahidlərin sözlərinə görə, qızı bir neçə oğlan zorla maşına əyləşdirib və hadisə yerindən uzaqlaşıblar.

Faktla bağlı araşdırma aparılır.  

Digər xəbərlər