• 29.02.2020

Gürcüstanın baş kitabxanasının direktoru Qaracalar məktəbinə hədiyyə verib – FOTO

 Gürcüstanın baş kitabxanasının direktoru Qaracalar məktəbinə hədiyyə verib – FOTO

Gürcüstanın Milli Parlament Kitabxanasının baş direktoru Giorgi Kekelidze Qardabani rayonunun Qaracalar kənd məktəbinə baş çəkib.

NewsBureau xəbər verir ki, G.Kekelidze təhsil ocağına kitablar hədiyyə edib.

Kitabxana direktoru bu barədə özünün “Facebook” səhifəsində məlumat yayıb: “Bu gün biz kiçik etnik azərbaycanlı vətəndaşlarımızın təhsil aldığı məktəbə baş çəkdik. Məktəbdə gürcü dilli yeni kitabxana yaratdıq”.

Qeyd edək ki, G.Kekelidze ölkədə mütaliəni və gürcü dilli ədəbiyyatı təbliği etmək məqsədilə bütün ölkəni əhatə edən kampaniya keçirir.

Digər xəbərlər