• 29.02.2020

Gürcüstanda sərnişinlə dolu qatarda yanğın – YENİLƏNİB – VİDEO

 Gürcüstanda sərnişinlə dolu qatarda yanğın – YENİLƏNİB – VİDEO

“Gürcüstan Dəmir Yolları” SC Zuqdidi-Tbilisi sərnişin qatarında baş verən yanğınla bağlı məlumat yayıb.

NewsBureau xəbər verir ki,  məlumatda yanğına səbəbin qatarın kontakt şəbəkəsində baş verən qısaqapanmanın olduğu bildirilib.

Qeyd olunub ki, qəza nəticəsində qatarın hərəkəti dayandırılıb və sərnişinlər alternativ yolla təyinat məntəqəsinə çatdırılıblar. Sərnişinlər xəsarət almayıblar.

Hadisə ilə bağlı araşdırma davam etdirilir.

***12:53

Zuqdidi-Tbilisi sərnişin qatarında yanğın baş verib.

NewsBureau xəbər veir ki, sərnişinlə dolu qatarda Abaşa şəhəri yaxınlığından keçən zaman tüstülənmə başlayıb.  

Sərnişinlər qatardan təxliyə edilib. Yanğının səbəbi hələ məlum deyil.

Hadisə zamanı xəsarət alanlar olmayıb. Əraziyə yanğınsöndürənlər cəlb olunub.

აბაშაში მატარებელს ცეცხლი გაუჩნდა

აბაშაში მატარებელს ცეცხლი გაუჩნდა

Опубликовано მთავარი არხი • Mtavari Arkhi Пятница, 14 февраля 2020 г.

Digər xəbərlər