• 29.02.2020

Gürcüstan ötən il ən çox hansı ölkədən ziyarətçi qəbul edib?

 Gürcüstan ötən il ən çox hansı ölkədən ziyarətçi qəbul edib?

2019-cu ildə Gürcüstana Azərbaycandan səfər edənlərin sayı 1,5 milyon nəfər təşkil edib.

NewsBureau xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilir.

İllik müqayisədə qonşu ölkəyə yolllanan azərbaycanlı ziyarətçilərin sayı 7,2% artıb. Hesabat ilində Azərbaycan Gürcüstana səfər edən əcnəbilərin sayına görə birinci yeri tutub.

Gürcüstan ötən il, ümumilikdə, 9,4 milyon nəfər beynəlxalq ziyarətçi qəbul edib. İllik müqayisədə bu göstəricidə 7,8% artım qeydə alınıb. Beynəlxalq səfərlərin 5,1 milyonu turist səfəri olub ki, bu da illik müqayisədə 6,8% çoxdur.

Qonşu ölkəyə səfər edənlərin böyük əksəriyyəti – 46,4%-i 31-50 yaş qrupuna daxil olub. Ziyarətçilərin 60,8%-ni kişilər, 39,2%-ni isə qadınlar təşkil edib.

Səfərlərin məqsədləri – tətil, istirahət (43,5%), dost və qohum ziyarəti (19%), tranzit (16,1%), iş (10,8%), alış-veriş (6,8%), müalicə (1,8%) və digər (2%) olub.

Ötən il Gürcüstanın paytaxtı Tbilisi (4,1 milyon nəfər) və Acarıstan MR (2,3 milyon nəfər) ən çox ziyarətçi qəbul edib. 

/Report/

Digər xəbərlər