• 29.02.2020

Dmanisidə qətl törədilib, saxlanılan var – YENİLƏNİB

 Dmanisidə qətl törədilib, saxlanılan var – YENİLƏNİB

Dmanisi rayonunun  Qantiadi kəndində qadını qətlə yetirən şəxs saxlanılıb.

NewsBureau xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Saxlanılan 1982-ci il təvəllüdlü şəxsin əvvəllər məhkum olunduğu məlum olub.

İstintaqla müəyyən olunub ki, fevralın 13-də saxlanılan şəxs qadının başına küt alətlə ölümcül yaralar yetirib və hadisə yerindən qaçıb. Qadın aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı qəsdən adam öldürmə maddəsi üzrə cinayət işi açılıb. Cinayəti törədən şəxsi 7 ildən 15 ilədək həbs cəzası gözləyir.  

***11:53

Dmanisinin Qantiadi kəndində qətl hadisəsi törədilib.

NewsBureau xəbər verir ki, bu gün səhər saatlarında kənddə qadın meyiti tapılıb. Meyitin üzərində bir sıra xəsarətlərin olduğu müəyyən edilib.

Hadisənin digər detalları hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər