• 29.02.2020

SOCAR-ın şəbəkəsində qəza – Kutaisi qazsız qalıb

 SOCAR-ın şəbəkəsində qəza – Kutaisi qazsız qalıb

“SOCAR Georgia Gas” şirkətinin mərkəzi qazpaylayıcı şəbəkəsində qəza baş verib.

NewsBureau xəbər verir ki, nəticədə Kutaisi şəhərinin təbii qazla təminatında problem yaranıb.

Şəhərin 60%-ə yaxın abunəçisi qaz almır. Təbii qaz təminatının dayandırılması səbəbindən bu gün Kutaisinin 20 məktəb və 17 bağçasında tədris prosesi dayandırılıb.

Qəzanın miqyası geniş olduğundan problemi ötən gün yalnız qismən aradan qaldırmaq mümkün olub. “SOCAR Georgia Gas” şirkətinin işçiləri qəzanın fəsadlarının aradan qaldırılmasına səfərbər olunub. İşlərin bu gün başa çatdırılacağı gözlənilir.

Digər xəbərlər