• 09.07.2020

Çindən qayıdan Gürcüstan vətəndaşı xəstəxanaya yerləşdirilib

 Çindən qayıdan Gürcüstan vətəndaşı xəstəxanaya yerləşdirilib

Çindən qayıdan Gürcüstan vətəndaşı, 26 yaşlı şəxs koronavirus ehtimalı ilə Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasına yerləşdirilib.

NewsBureau xəbər verir ki, pasiyentdə yüksək temperatur qeydə alınıb.

Qadının analizlərinin cavabı tezliklə məlum olacaq. O, dekabrın 6-dan etibarən Çində olub, son üç həftə ərzində Fucian şəhərində yaşayıb və tam izolyasiya olunub.

Gürcüstan səhiyyə nazirinin müavini Tamar Qabunia bildirib ki, hazırda yüksək hərarəti və qrip simptomları olan üç şəxs tibbi nəzarətdə saxlanılır: “Koronavirus testi aparılmayana qədər həmin pasiyentlər Yoluxucu Xəstəliklər Xəstəxanasında qalacaqlar”.

/Report/

Digər xəbərlər