SOCAR Gürcüstanda azərbaycanlılar yaşayan kənddə idman kompleksi inşa etdirəcək

 SOCAR Gürcüstanda azərbaycanlılar yaşayan kənddə idman kompleksi inşa etdirəcək

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Gürcüstanın Marneuli rayonunun Qızılhacılı kəndində idman kompleksi inşa etdirməyi planlaşdırır.

NewsBureau xəbər verir ki, bu barədə məlumatı Marneuli radiosu yayıb.

SOCAR-ın təşəbbüsü haqqında məlumatı Marneuli bələdiyyə məclisinin bugünkü iclasında merin müavini Laşa Lobjanidze verib. O bildirib ki, şirkət Qızılhacılı kəndində idman kompleksini tikdirəcək və təmənnasız olaraq bələdiyyəyə təqdim edəcək.

SOCAR idman kompleksinin tikintisinə 1 800 000 lari həcmində vəsait ayırıb.

Digər xəbərlər