• 12.07.2020

Gürcüstanda “oğru dünyası” ilə əlaqəli 6 nəfər saxlanılıb – VİDEO

 Gürcüstanda “oğru dünyası” ilə əlaqəli 6 nəfər saxlanılıb – VİDEO

Gürcüstanda “oğru dünyası”na daxil olan 6 nəfər saxlanılıb.

NewsBureau xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyində keçirilən brifinqdə bildirilib.

Həmin şəxslər Tbilisi, Kutaisi, Batumi və Kobuletidə həyata keçirilən xüsusi əməliyyatlar zamanı yaşadıqları evlərdə yaxalanıblar.

Axtarış zamanı saxlanılan şəxslərdən xaricdə yaşayan gürcü “qanuni oğru”larla və bir-biriləri ilə əlaqə saxladıqları kompüter avadanlıqları və mobil telefonlar müsadirə olunub. Onların maliyyə mübahisələrinin həlli üçün “qanuni oğrular”a müraciət etdikləri müəyyən olunub.

“Oğru dünyası”nın üzvlərini 3 ildən 10 ilədək həbs cəzası gözləyir.

Digər xəbərlər