• 20.02.2020

Koronavirus riski: Çindən Gürcüstana gələnlər yoxlanılacaq

 Koronavirus riski: Çindən Gürcüstana gələnlər yoxlanılacaq

Tbilisi hava limanında Çindən Gürcüstana səfər edənlər koronavirusla bağlı yoxlanılacaq.

NewsBureau xəbər verir ki, bu barədə Gürcüstanın məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə nazirinin müavini Tamar Qabunia bildirib.

Onun sözlərinə görə, həkimlər hava limanındadırlar və epidemioloji xidmət fəaliyyət göstərir.

T.Qabunia qeyd edib ki, koronavirus hava-damcı yolu ilə keçdiyindən Çindən Gürcüstana gətirilən yüklərin heç bir təhlükəsi yoxdur.

Digər xəbərlər