• 20.02.2020

Gürcüstanda koronavirusun yayılma riski var – Təşvişə səbəb varmı?

 Gürcüstanda koronavirusun yayılma riski var – Təşvişə səbəb varmı?

“Gürcüstanda koronavirusun yayılması ilə bağlı təşvişə səbəb yoxdur”

NewsBureau  xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, Avropanın Xəstəliklərə Nəzarət Mərkəzinin qiymətləndirmələrinə əsasən, Gürcüstan aşağı risk zonasındadır.

Mərkəz rəhbəri qeyd edib ki, hər ay Çindən Gürcüstana 4-5 minə yaxın şəxs səfər edir: “İnfeksiyanın ölkəyə gətirilməsi riski var və buna görə də onun qarşısının alınması üçün bütün tədbirlər görülür”.

Bu arada, Gürcüstanın Çindəki səfirliyindən bildirilib ki, koronavuirusun yayıldığı Uhan şəhərində hazırda üç ölkə vətəndaşı var. Gürcüstan vətəndaşlarının təhlükəsizlikdə olduğu qeyd olunub. 

/Report/

Digər xəbərlər