• 17.02.2020

Tbilisidə parlament binasının qarşısı bağlanıb – SƏBƏB

 Tbilisidə parlament binasının qarşısı bağlanıb – SƏBƏB

Tbilisidə Gürcüstan parlamentinin binasınının qarşısı dəmir konstruksiya ilə əhatəyə alınıb.

NewsBureau xəbər verir ki, Tbilisi Meriyası ərazidə bərpa işləri həyata keçirəcək.

Tbilisi meri Kaxa Kaladze bildirib ki, ərazi ilə yanaşı orada yerləşən 9 aprel memorialı da bərpa olunacaq.

Onun sözlərinə görə, ərazidə yeni plitələr döşəniləcək, fəvvarələr quraşdırılacaq və yaşıllıqlar salınacaq.

Digər xəbərlər