Tbilisi hava limanında 8,1 kiloqram marixuana aşkar olunub

 Tbilisi hava limanında 8,1 kiloqram marixuana aşkar olunub

Gürcüstana külli miqdarda marixuana narkotik vasitəsinin qanunsuz idxal edilməsinin qarşısı alınıb.

NewsBureau xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nzirliyinin Gəlirlər Xidməti məlumat yayıb.

Tbilisi hava limanında Cənubi Afrika vətəndaşının yükünə keçirilən baxış zamanı 8,1 kiloqram çəkidə marixuana aşkar olunaraq müsadirə edilib.

Faktla bağlı Gürcüstan Daxili İşlər Nazirliyində cinayət işi açılıb.

/Report/

Digər xəbərlər