Gürcüstanda qar və çovğun gözlənilir

 Gürcüstanda qar və çovğun gözlənilir

Gürcüstanda yanvarın 23-dən etibarən havanın pisləşəyi gözlənilir.

NewsBureau xəbər verir ki, bu barədə Ətraf Mühit üzrə Milli Agentlik məlumat yayıb.

Yanvarın 25-nə qədər qar, duman, çovğun, qərb küləyi proqnoz olunur.

Dənizdə isə 4-5 ballıq fırtına gözlənilir.

Güclü qar dağlıq zonalarda uçqunlara və sürüşmələrin fəallaşmasına səbəb ola bilər.

Digər xəbərlər