• 17.02.2020

Çindəki təhlükəli virusun Gürcüstanda yayılma riski varmı?

 Çindəki təhlükəli virusun Gürcüstanda yayılma riski varmı?

“Gürcüstanda koronavirusla bağlı real risk mövcud deyil”.

NewsBureau xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin elmi rəhbəri Paata İmnadze bildirib.

O deyib ki, Gürcüstanın Çinin virusun yayıldığı Uxan şəhəri ilə birbaşa reysi yoxdur: “Gürcüstanda koronavirusun mümkün yayılması ilə bağlı təşvişə səbəb yoxdur”.

Qeyd edək ki, Çində yeni tipli koronavirusa yoluxanların sayı 440, ölənlərin sayı isə 9 nəfərə çatıb.

Digər xəbərlər