Gürcüstan hökuməti müsəlman icmasına nə qədər vəsait ayırıb?

 Gürcüstan hökuməti müsəlman icmasına nə qədər vəsait ayırıb?

Gürcüstanda 2020-ci ilin dövlət büdcəsindən ölkədə fəaliyyət göstərən dini icmalara 4,5 milyon lari (1,5 mln. dollardan çox) həcmində vəsait ayrılıb.

NewsBureau “Report”a istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyi məlumat yayıb.

Məbləğin 3,5 mln. larisi dini icmalar arasında artıq bölüşdürülüb.

Ötən il olduğu kimi, bu il də vəsaitin böyük hissəsi 2,2 milyon lari (764 min dollar) olmaqla Gürcüstanın müsəlman icmasının payına düşüb. Erməni xristian icmasına 600 min lari (209 min dollar), Roma katolik icmasına 400 min lari (139 min dollar), yəhudi icmasına ayrılan vəsait isə 300 min lariyə (105 min dollar) bərabərdir.

Vəsaitin yerdə qalan 1 milyon larisi isə bu ilin sonuna qədər dini icmalara paylanılacaq.

Qeyd edək ki, Gürcüstanda əhalinin 11%-ni müsəlmanlar təşkil edir. 

Digər xəbərlər