Gürcüstanda qriplə bağlı xəstəxanalara müraciətlərin sayı artıb

 Gürcüstanda qriplə bağlı xəstəxanalara müraciətlərin sayı artıb

“Gürcüstanda ötən həftə hər 100 min nəfər əhali arasında 216 qrip virusuna yoluxma halı qeydə alınıb”.

NewsBureau xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, ölkədə builki qrip mövsümi illik müqayisədə nisbətən sakit keçir: “Kəskin respirator xəstəliklərlə bağlı xəstəxanalara yerləşdirilənlərin sayı həftəlik müqayisədə 5 faiz artıb. Pasiyentlərin arasında uşaqlar üstünlük təşkil edir”. Mərkəz rəhbəri qeyd edib ki, bu il peyvənd olunanların sayı ötən illə müqayisədə 2,5-3 dəfə artıb.

Digər xəbərlər