Yormuğanlıdan olan 20 Yanvar şəhidinin xatirəsi anılıb – FOTO

 Yormuğanlıdan olan 20 Yanvar şəhidinin xatirəsi anılıb – FOTO

Gürcüstanın Saqareco rayonun Yormuğanlı kəndindən olan 20 Yanvar şəhidi Ələsgər Yusif oğlu Qayıbovun xatirəsi anılıb.

NewsBureau xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, şəhidin yaxınları,  ziyalılar və səfirlik əməkdaşları kənddəki 20 Yanvar şəhidlərinin və 9 Aprel hadisəsi qurbanlarının xatirəsinə ucaldılan abidəni ziyarət ediblər.

Abidənin önünə gül dəstələri qoyulub, 20 Yanvar şəhidlərinin ruhuna dualar oxunub.

Anım mərasimi çərçivəsində D.Həsənov və səfirlik nümayəndələri şəhidin yaxınlarını ziyarət ediblər və onların qayğıları ilə maraqlanıblar.

Səfirlik adından şəhidin qohumlarına ərzaq sovqatı təqdim olunub.

Digər xəbərlər