• 24.02.2020

Dünya çempionu adını qazanan idmançı: “Əslən Gürcüstan azərbaycanlısıyam”

 Dünya çempionu adını qazanan idmançı: “Əslən Gürcüstan azərbaycanlısıyam”

“Uşaqlığım Qaradağ rayonunun Sahil qəsəbəsində olub. Əslən Gürcüstan azərbaycanlısıyam”.

NewsBureau xəbər verir ki, bunu MMA üzrə “Rizin” turnirinin yüngül çəkidə dünya çempionu adını qazan Tofiq Musayev Oxu.Az-a müsahibəsində deyib.

O, ilk vaxtlar – 12 yaşından karate ilə məşğul olduğunu bildirib: “Daha sonra güləş, boks, cüdo, taekvondonu öyrənmişəm. 2011-ci ildə Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olmuşam və dörd il sonra oranı bitirib hərbi xidmətə yollanmışam.

Hərbi xidmətdən qayıtdıqdan sonra pankrationda respublika çempionu, beynəlxalq turnirlərin qalibi, Avrasiya çempionu olmuşam, Dünya Kubokunda ikinci yeri tutmuşam. Həmçinin, kunq-fu sanda üzrə dünya çempionu olmuşam. Sadaladığım idman növləri ilə məşğul olduğumdan, MMA-ya marağım vardı. Şükürlər olsun ki, axtardığım idman növündə özümü tapmışam”.

İdmançı qeyd edib ki, Gürcüstan parlamentinin azərbaycanlı deputatları onu ölkəyə tədbirə dəvət ediblər.

Digər xəbərlər