Çirkli havadan ölüm reytinqi: Gürcüstan Avropada ikinci yeri tutub

 Çirkli havadan ölüm reytinqi: Gürcüstan Avropada ikinci yeri tutub

Gürcüstan Avropada ətraf mühitin çirklənməsinin səbəb olduğu ölüm hallarının ən çox rast gəlindiyi ikinci ölkə olub.

NewsBureau xəbər verir ki, bu, Çirklənmə və Sağlamlıq Qlobal Alyansının tərtib etdiyi reytinqdən məlum olub.

Təşkilatın məlumatına əsasən, 2019-cu ildə dünyada atmosferin çirklənməsinin yaratdığı xəstəliklərdən 8 milyondan çox insan ölüb.  

Ölüm hallarının ən yüksək göstəricisi Cənub Şərqi Asiya ölkələrində qeydə alınıb. Birinci yeri isə Hindistan tutub.  

Gürcüstanda ölüm hallarının sayına gəlincə, ölkədə 100 min nəfər əhaliyə orta hesabla 140 insan düşür.

Digər xəbərlər