• 24.01.2020

NDI: Gürcüstanda respondentlərin 64%-i hökumətin fəaliyyətinə “pis” qiymət verib

 NDI: Gürcüstanda respondentlərin 64%-i hökumətin fəaliyyətinə “pis” qiymət verib

Gürcüstanda rəyi soruşulanların 64%-i hökumətin fəaliyyətini “pis”, 30%-i isə “yaxşı” qiymətləndirib.

NewsBureau xəbər verir ki, bu barədə ABŞ-ın Milli Demokratiya İnstitutunun (NDI) Gürcüstanda keçirdiyi ictimai rəy sorğusunun nəticəsində bildirilib.

Respondentlərin 5%-i müvafiq suala cavab bilmədiklərini deyiblər.

Qeyd edək ki, NDI sorğunu işğal altında olan ərazilər istisna olmaqla bütün Gürcüstan üzrə bu il noyabrın 19-dan dekabrın 13-dək 2 180 respondent arasında birbaşa müsahibə yolu ilə keçirib.

Oxşar xəbərlər