• 24.01.2020

İlon Mask Batumidəki “Əli və Nino” abidəsini “layk” edib – FOTO

 İlon Mask Batumidəki “Əli və Nino” abidəsini “layk” edib – FOTO

Amerikalı biznesmen, ixtiraçı və sərmayəçi İlon Mask Batumi şəhərində yerləşən “Əli və Nino” abidəsini “layk” edib.

NewsBureau xəbər verir ki, hərəkət edən abidənin əks olunduğu 8 saniyəlik videonu “Twitter” sosial şəbəkəsində  “World of Engineering” səhifəsi yerləşdirib.

Video İ.Maskın diqqətini cəlb edib və o, paylaşımı bəyənib. Amerikalı milyarderin“Twitter”də 30 milyondan çox abunəçisi var.

Qeyd edək ki, “Əli və Nino” abidəsi Batumi bulvarında 2011-ci ildə qoyulub. Heykəlin müəllifi Tamar Kvesitadzedir.

“Əli və Nino” abidəsi Qurban Səidin müəllifi olduğu eyniadlı əsərin qəhrəmanlarına həsr olunub.

Oxşar xəbərlər