• 29.01.2020

Azərbaycanla sərhəddə silahlı insident törədən Gürcüstan vətəndaşı həbs olunub

 Azərbaycanla sərhəddə silahlı insident törədən Gürcüstan vətəndaşı həbs olunub

Yanvarın 14-də Gürcüstan-Azərbaycan sərhədində silahlı insident törədən Giorgi İçukaidze həbs olunub.

NewsBureau xəbər verir ki, bu barədə məhkəmə qərar qəbul edib.

Təqsirləndirilən şəxs məhkəmənin qərarından narazı olduğunu bildirib.

İş üzrə ilkin məhkəmə dinləməsi martın 4-nə təyin olunub.

Qeyd edək ki, bu gün G.İçukaidzeyə rəsmi ittiham irəli sürülüb. O, odlu silah və sursatın qanunsuz əldə olunması, saxlanılması və girov götürülməsində ittiham olunur.

/Report/

Oxşar xəbərlər