• 12.07.2020

Rustavi-Qırmızı körpü yolunda qəza: iki azərbaycanlı gənc ölüb

 Rustavi-Qırmızı körpü yolunda qəza: iki azərbaycanlı gənc ölüb

Gürcüstanın Rustavi şəhəri yaxınlığında ötən gün baş verən yol qəzasında iki azərbaycanlı gənc ölüb.

NewsBureau  xəbər verir ki, gənclərin olduğu “Mercedes” markalı avtomobil Rustavi-Qırmızı körpü yolunda, Yağlıca aşırımı yaxınlığında yoldan aşaraq bir neçə dəfə yuvarlanıb.

Maşında olan 29 yaşlı Etibar və 31 yaşlı Sərxan adlı gənclər hadisə yerində dünyalarını dəyişiblər.

Azərbaycanlı gənclər dost olublar. Onların Marneuli rayonunun Ambarovka kənd sakinləri olduğu bildirilir.

/Report/

Digər xəbərlər