• 24.01.2020

Türkiyə Gürcüstana 25 dildə olan Quran hədiyyə edib

 Türkiyə Gürcüstana 25 dildə olan Quran hədiyyə edib

Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze Türkiyənin bu ölkədəki səfirliyinin Dini məsələlər üzrə müşaviri Əhməd Erdəmlə görüşüb.

NewsBureau xəbər verir ki, görüşdə iki ölkə arasında dini məsələlər üzrə əməkdaşlıq müzakirə olunub.

Tərəflər əməkdaşlığın daha da dərinləşdirilməsinə hazırlıqlarını ifadə ediblər.

Ə.Erdəm Agentlik rəhbərinə gürcü dili də daxil olmaqla 25 dildə nəşr olunan Quran kitablarından ibarət kolleksiya hədiyyə edib.  

Oxşar xəbərlər