• 20.02.2020

Qardabani və Marneulidə alman əsgərlərinin qalıqları axtarılacaq

 Qardabani və Marneulidə alman əsgərlərinin qalıqları axtarılacaq

Gürcüstanın Kvemo Kartli bölgəsində II Dünya Müharibəsində ölən alman əsgərlərinin qalıqlarının axtarışı planlaşdırılıb.

NewsBureau xəbər verir ki, tapılan qalıqlar hərbi qəbirstanlıqda yenidən dəfn olunacaq.

Qalıqların axtarışları ilə bağlı müvafiq qərarı Gürcüstan hökuməti yanvarın 8-də qəbul edib.

Gürcüstan və Almaniya arasında 1993-cü ildə imzalanmış saziş çərçivəsində axtarış işlərini Alman Savaş Məzarları Qoruma Birliyi həyata keçirəcək.

Qazıntı işləri Rustavi şəhərində torpaq sahəsində, Qardabani rayonunda Axali Samqori kəndi yaxınlığında, həmçinin Marneuli rayonunun azərbaycanlılar yaşayan Kəpənəkçi kəndi ərazisindəki kənd təsərrüfatı torpağında aparılacaq.

Axtarış işlərinə arxeoloqlar nəzarət edəcəklər. Almaniya tərəfi zərurət yaranacağı halda müvafiq texnikadan istifadə etməklə yanaşı yerli sakinləri də işlərə cəlb edə biləcək. 

/Report/

Digər xəbərlər