• 05.07.2020

Gürcüstanda 2562 nəfər övladlığa uşaq götürmək istəyir

 Gürcüstanda 2562 nəfər övladlığa uşaq götürmək istəyir

Gürcüstanda övladlığıa götürülə bilən 215 uşaq var.

NewsBureau xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyindən bildirilib.

Həmin uşaqların 153-ü fiziki imkanları məhdud olanlardır.

Övladlığa uşaq götürmək arzusunda olanların sayı isə 2 562 nəfər təşkil edir.

Ölkədə hər il orta hesabla 80-110 uşaq övladlığa götürülür.

Gürcüstanda övladlığa uşaq götürmək istəyən şəxslər ölkənin daimi və yetkinlik yaşına çatmış sakini olmalıdırlar. Həmin şəxslər müəyyən edilmiş tələblərə də cavab verməlidirlər.

Agentlikdən qeyd olunub ki, 10 yaşından yuxarı olan uşaqlar övladlığa götürülmədən imtina edə bilər.

/IPN/

Digər xəbərlər