• 05.07.2020

Tbilisidə üç və ya daha çox avtomobili olan ailələrdən əlavə vergi tutula bilər

 Tbilisidə üç və ya daha çox avtomobili olan ailələrdən əlavə vergi tutula bilər

Gürcüstanda üç və ya daha çox avtomobilə sahib ailələrə əlavə verginin tətbiq edilməsi təklif olunub.

NewsBureau xəbər verir ki, bu təklif Gürcüstan parlamentinin Ətraf mühitin mühafizəsi və Təbii ehtiyatlar komitəsinin parlamentə təqdim etdiyi “Tbilisidə hava keyfiyyəti” adlı araşadırmasında yer alıb. 

Komitənin üzvü, deputat Giorgi Xatidze bildirib ki, sənəddə bu məsələnin aidiyyəti qurumlarla müzakirəsi tövsiyə olunub: “Tbilisidə ekoloji vəziyyətin yaxşılaşdırılmasına ehtiyac duyulur. Elektrik enerjisi ilə çalışan nəqliyyat vasitələrindən istifadə edənlər üçün stimul yaradılmalıdır”.

Araşdırmada həmçinin Tbilisidə avtomobilə görə verginin mühərrikin həcminə görə müəyyən edilməsi təklif olunub. Bu halda kiçik mühərrikli maşınların sahibləri nisbətən az vergi ödəməli olacaqlar.

/Report/

Digər xəbərlər