• 20.02.2020

Gürcü dizaynerdən Avstraliyaya dəstək – FOTO

 Gürcü dizaynerdən Avstraliyaya dəstək – FOTO

Kreativ direktoru gürcü əsilli Demna Qvasalia olan “Balenciaga” brendi Avstraliyaya yardım məqsədilə geyim kolleksiyası hazırlayıb.

NewsBureau xəbər veri ki, kolleksiyaya üzərində məmnun kiçik koalanın təsvirinin olduğu ağ qısa qol mayka (futbolka) və başlıqlı idman geyimi (xudi) daxildir.

Geyimlərin satışından əldə olunacaq gəlir Avstraliyadakı yanğınların fəsadlarının aradan qaldırılması sahəsində fəaliyyət göstərən fondların hesabına köçürüləcək.   

Kolleksiya bu gündən satışa çıxarılıb. Geyim əşyalarını yalnız “Balenciaga”nın rəsmi saytından (www.balenciaga.com) əldə etmək mümkündür.  

Digər xəbərlər