• 20.02.2020

Tbilisidə gecə klubunda atışma: yaralananlar var – YENİLƏNİB

 Tbilisidə gecə klubunda atışma: yaralananlar var – YENİLƏNİB

Tbilisidə, “Basiani” gecə klubunda baş verən atışma zamanı 3 nəfər yaralanıb.

NewsBureau xəbər verir ki, bu barədə Gürcüstanın Birinci kanalı məlumat yayıb.

Yaralanan şəxslərin vəziyyəti barədə hələ məlumat verilmir.

***07:35

Gürcüstanın paytaxtı Tbilisidə ötən gecə “Basiani” gecə klubunda atışma olub.

NewsBureau xəbər verir ki, insident zamanı gənc qadının yaralandığı bildirilir.

Yayılan məlumatlara əsasən, silahlı insidenti kluba buraxılmayan naməlum şəxs törədib.

Atəş açan şəxs artıq müəyyən olunaraq saxlanılıb.

Hadisənin digər detalları hələ məlum deyil.

/Report/

Digər xəbərlər