“Qırmızı körpü”də Azərbaycan vətəndaşı qızıl əşyalarla saxlanılıb

 “Qırmızı körpü”də Azərbaycan vətəndaşı qızıl əşyalarla saxlanılıb

Gürcüstanda Azərbaycanla sərhəddə yerləşən “Qırmızı körpü” gömrük-keçid məntəqəsində bəyan edilməmiş külli miqdarda qızıl əşyalarının ölkəyə keçirilməsinin qarşısı alınıb.

NewsBureau xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.

R.M. adlı Azərbaycan vətəndaşının üzərinə və əl yükünə keçirilən baxış zamanı gömrük nəzarətindən gizlədilən ümumi çəkisi 326,98 qram olan qızıl əşyalar aşkar olunub.

Əşyaların ümumi dəyəri 38 489,62 lari təşkil edib.

Faktla bağlı materiallar Maliyyə Nazirliyinin İstintaq Xidmətinə təqdim olunub.

Mənbə: Report

Digər xəbərlər