Gürcüstanda hərbçilərin mənzil alması üçün güzəştlər yenilənib

 Gürcüstanda hərbçilərin mənzil alması üçün güzəştlər yenilənib

Tbilisi ətrafında Maxata dağı yaxınlığında hərbi şəhərcik salınacaq.

NewsBureau xəbər verir ki, bu barədə Gürcüstanın müdafiə naziri İrakli Qaribaşvili bu gün keçirdiyi brifinqdə bildirib.

Nazir deyib ki, şəhərdə hərbçilər güzəştli şərtlərlə mənzillər əldə edə biləcəklər.

İ.Qaribaşvili hərbçilərin yaşayş şəraitinin yaxşılarşdırılması ilə bağlı yeni layihənin hazırlandığını qeyd edib. Yeni layihəyə əsasən, hərbçilər mənzilin dəyərinin 60%-ni deyil, 50%-ni ödəməli olacaqlar.

Hərbçilərə təqdim olunacaq mənzillərin bir kvadrat metri üçün qiymət 200 dollar təşkil edəcək. Hərbi qulluqçular bu məbləğin yalnız yarısını (100 dollar) ödəməli olacaqlar. Mənzilin alınması üçün tələb olunan məbləğin hissə-hissə ödənilməsinə də şərait yaradılacaq.

İlkin mərhələdə layihə mindən çox hərbçini əhatə edəcək.

Digər xəbərlər