• 29.01.2020

Türkiyənin dəstəyi ilə Qardabanidə idman meydançası tikilib – FOTO

 Türkiyənin dəstəyi ilə Qardabanidə idman meydançası tikilib – FOTO

Gürcüstanın Qardabani rayonunun azərbaycanlıların yaşadığı Birlik kəndinin ictimai məktəbinin ərazisində yeni futbol meydançası istifadəyə verilib.

NewsBureau xəbər verir ki, 40 metrlik süni örtüklü meydança Arveladze Fondu, Türkiyənin Gürcüstandakı səfirliyi və Türkiyənin Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) birgə əməkdaşlığı ilə tikilib.

Məktəbin bazasında 25 nəfərdən ibarət futbol komandası da formalaşdırılıb. Komandaya Arveladze Fondunun təyin edəcəyi məşqçi rəhbərlik edəcək.

Meydançanın açılış mərasimi çərçivəsində komanda üzvlərinə futbol geyimləri və ləvazimatları təqdim olunub.

Tədbirdə Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan, Qardabani rayonunun icra başçısı Ramaz Budaqaşvili, rayonun sakrebulo sədrinin müavini Rəfi Orucov və digər rəsmi şəxslər iştirak ediblər. 

Mənbə: Report

Oxşar xəbərlər