• 29.01.2020

Marneulidə 7 kəndin sakinləri üçün icma mərkəzi açılıb – FOTO

 Marneulidə 7 kəndin sakinləri üçün icma mərkəzi açılıb – FOTO

Gürcüstanın Marneuli rayonunun Qaçağan kəndində icma mərkəzi açılıb.

NewsBureau xəbər verir ki, açılış mərasimində Gürcüstan baş nazirinin müavini, ədliyyə naziri Tea Tsulukiani iştirak edib.

Ölkə ərazisində sayca 74-cü olan mərkəzdə yerli sakinlərə 200-dən çox dövlət və özəl sektor üzrə xidmətlər rahat şəkildə təqdim olunacaq. İcma mərkəzindən Qaçağan kəndi ilə yanaşı altı qonşu kənd – Təkəli, Xancığazlı, Ağməmmədli, Qasımlı, Ulaşlı, Kirəç Muğanlının 20 minə yaxın sakini istifadə edə biləcək.

T.Tsulukiani çıxışında bildirib ki, etnik azlıqların yaşadığı yerlərdə icma mərkəzlərinin inşa edilməsi əsas prioritetlərdən biridir. Nazir bildirib ki, bu vaxta qədər kəndlərin sakinləri sənədlərin rəsmiləşdirilməsi və dövlət xidmətləri üçün Marneuli rayonunun mərkəzinə getməli olurdular. 

İcma mərkəzi müasir kitabxana və konfrans zalı ilə də təmin olunub.

Mərasimə Gürcüstan baş nazirin regional məsələlər üzrə müşaviri Sozar Subari, Kvemo Kartli qubernatorunun müavini Kaxa Koberidze, Marneuli rayonunun icra başçısı Zaur Darğallı da qatılıblar.

Mənbə: Report

Oxşar xəbərlər