• 29.01.2020

Gürcüstanda “Qırmızı kitab”a düşən ayı balası ovlanıb

 Gürcüstanda “Qırmızı kitab”a düşən ayı balası ovlanıb

Axaltsixe rayonunda, Tkemlan kəndində qeyri-qanuni ov faktı müəyyən olunub.

NewsBureau xəbər verir ki, brakonyerlər “Qırmızı kitab”a daxil olan Qafqaz ayısı yarımnövünə aid ayı balasını ovlayıblar.

Ayı balasının çəkisi 30 kiloqramdan çox olub. Onu qeydiyyata alınmayan tüfənglə vurublar.  

Brakonyer və daha iki nəfərin olduğu maşın saxlanılarkən qanunsuz ovçu qaçmağa cəhd edib. O, saxlanılıb və günahını etiraf edib.  

Faktla bağlı materiallar Gürcüstan Daxili İşlər Nazirliyinin Axaltsixe rayon idarəsinə göndərilib.

Oxşar xəbərlər