Kvemo Kartlidə iki əcnəbi saxta avro ilə saxlanılıb

 Kvemo Kartlidə iki əcnəbi saxta avro ilə saxlanılıb

Gürcüstanın Kvemo Kartli bölgəsində külli miqdarda saxta pul satan iki xarici vətəndaş saxlanılıb.

NewsBureau xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin məlumatında bildirilib.

Əcnəbilərin 500 avro nominalında 20 saxta əskinası satdıqları müəyyən edilib. İstintaq tədbirləri çərçivəsində onlardan 10 min avro saxta pul müsadirə olunub.

Faktla bağlı cinayət işi açılıb. Saxlanılan şəxsləri 7 ildən 10 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.

Digər xəbərlər