• 29.01.2020

Gürcüstanda rüşvət alan məmur saxlanılıb

 Gürcüstanda rüşvət alan məmur saxlanılıb

Acarıstanın Keda bələdiyyəsində meriyanın əməkdaşı rüşvət aldğına görə saxlanılıb.

NewsBureau xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

Saxlanılan Tariyel T. adlı şəxs Nəzarət xidmətinin baş inspektoru vəzifəsində çalışıb.

İstintaqla müəyyən olunub ki, məmur Medzibna kəndində dövlətə məxsus torpaq sahəsində qanunsuz tikintiyə himayədarlıq edib. Buna görə o, 2 min lari məbləğində rüşvət alıb. Məbləği məmura hissə-hissə veriblər.

Faktla bağlı istintaq aparılır. Saxlanılan şəxsi 6 ildən 9 ilə qədər həbs cəzası gözləyir.

Oxşar xəbərlər