• 29.01.2020

Bakı-Tbilisi-Bakı qatarı yeni hərəkət cədvəlinə keçir

 Bakı-Tbilisi-Bakı qatarı yeni hərəkət cədvəlinə keçir

Azərbaycanda dekabrın 8-dən etibarən beynəlxalq və ölkədaxili sərnişin qatarlarının 2019/2020-ci illər üçün yeni hərəkət cədvəli tətbiq ediləcək.

NewsBureau xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin yaydığı məlumatda bildirilib.

Yeni hərəkət cədvəlinə əsasən, Bakı-Tbilisi-Bakı marşrutu ilə hərəkət edən 38/37 nömrəli beynəlxalq sürət qatarı Bakıdan saat 23-15-də (20-40 əvəzində) yola düşəcək. Tbilisiyə qatar saat 10-35-də (8-55 əvəzində) çatacaq.

Tbilisidən saat 20-35-də yola düşərkən Bakıya saat 7-30-da (8-52 əvəzində) çatacaq. Sərnişinlərin sərhəd-nəzarət məntəqəsində erkən saatlarında yoxlamaların aparılmaması yeni hərəkət qrafikində nəzərə alınıb.

Bakı-Tbilisi-Bakı marşrutu ilə hərəkət edən beynəlxalq sürət qatarının yolda olma müddədti 55 dəqiqə azaldılıb.

Oxşar xəbərlər