Azərbaycan və Gürcüstan qida təhlükəsizliyi sahəsində əməkdaşlığı gücləndirəcək

 Azərbaycan və Gürcüstan qida təhlükəsizliyi sahəsində əməkdaşlığı gücləndirəcək

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Levan Davitaşvili ilə görüşüb.

NewsBureau xəbər verir ki, bu barədə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Görüşdə iki ölkə arasında qida, veterinar və fitosanitar nəzarət və qida təhlükəsizliyi sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Q.Təhməzli rəhbərlik etdiyi qurumun Gürcüstanın Milli Qida Agentliyi ilə təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edib.

Görüşdə Gürücstanın Milli Qida Agentliyinin rəhbəri Zurab Çekuraşvili və müvafiq qurumların nümayəndələri də iştirak ediblər.

Gürcüstana səfər çərçivəsində AQTA nümayəndə heyəti ölkənin Milli Qida Agentliyinin xüsusi avadanlıq və texnikası ilə tanış olub, həmçinin heyvanların sağlamlığı və bitki mühafizəsinə dövlət nəzarəti sistemi barədə ətraflı məlumat alıb.

Əməkdaşlığın dərinləşdirilməsi məqsədilə hər iki ölkənin qida agentlikləri arasında anlaşma memorandumunun imzalanamsı planlaşdırılıb.

AQTA nümayəndə heyəti Gürcüstana səfər çərçivəsində ölkənin Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan  laboratoriyaralaravə  gömrük məntəqələrinə də baş çəkəcək.

Mənbə: Report

Digər xəbərlər