• 29.01.2020

Azərbaycan-Gürcüstan humanitar əməkdaşlıq məsələləri müzakirə edilib

 Azərbaycan-Gürcüstan humanitar əməkdaşlıq məsələləri müzakirə edilib

Gürcüstanın təhsil, elm, mədəniyyət və idman naziri Mixeil Çxenkeli Azərbaycanın bu ölkədəki səfiri Dursun Həsənov və “SOCAR Energy Georgia” şirkətinin Baş direktoru Mahir Məmmədov ilə tanışlıq görüşü keçirib.

NewsBureau xəbər verir ki, bu barədə Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin məlumatında bildirilib.

Görüşdə iki ölkə arasında təhsil, elm, mədəniyyət və idman sahələrində əməkdaşlıq və gələcək ölanlar müzakirə olunub. Tərəflər həmçinin Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi və Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı ilə bağlı məsələləri də nəzərdən keçiriblər.

Azərbaycan səfiri M.Çxenkeliyə nazir təyin olunması münasibətilə Azərbaycanın təhsil nazirinin təbrik məktubunu təqdim edib.

Oxşar xəbərlər