Azərbaycandan olan fotoqraf Gürcüstanda Entoni Hopkinsin oxşarını tapıb – FOTO

 Azərbaycandan olan fotoqraf Gürcüstanda Entoni Hopkinsin oxşarını tapıb – FOTO

Azərbaycandan olan fotoqraf Andre Jabali Gürcüstanda çəkdiyi fotoşəkillə sosial şəbəkə istifadəçilərini təəccübləndirib.

NewsBureau xəbər verir ki, o, dünyaca məşhur aktyor Entoni Hopkinsə oxşayan orta yaşlı kişinin fotoşəklini yayıb.

Fona əsasən, fotoşəklin Kazbeqidə lentə alındığı məlum olur.

A.Jabali fotonu  “Spend 4 Seasons in Georgia” turistik qrupda yerləşdirib. İstifadəçilər E.Hopkins və onun gürcü oxşarı arasında bənzərliyin olduğunu bildiriblər.

Müəllif fotoşəkli barədə bu sözləri yazıb: “2014-cü ildə Tbilisiyə ilk səfərimdə lentə aldığın daha bir portret. Həmin səfərdən  sonra mən anladım ki, bura hələ bir neçə dəfə qayıdacağam”.

Another portrait from Georgian series

Опубликовано Andre Jabali Вторник, 3 декабря 2019 г.

Digər xəbərlər