• 13.12.2019

Candargöldə itkin düşən iki balıqçının meyiti tapılıb – YENİLƏNİB

 Candargöldə itkin düşən iki balıqçının meyiti tapılıb – YENİLƏNİB

Qardabanidə, Candargöldə dekabrın 2-də itkin düşən iki balıqçının meyiti tapılıb.

NewsBureau xəbər verir ki, bu barədə Gürcüstanın Fövqəladə Halların İdarə olunması Xidməti məlumat yayıb.

Üç gün davam etdirilən axtarışlar Gürcüstanla yanaşı, Azərbaycan ərazisində də aparılıb. Axtarışlara helikopterlər, dronlar və dalğıc qrupu cəlb olunub.

*****09:44

Gürcüstanın Qardabani rayonunda, Candargöldə dekabrın 2-də itkin düşən iki balıqçının axtarışları davam etdirilir.

NewsBureau xəbər verir ki, üç gündür aparılan axtarışlar hələ nəticə verməyib.

Axtarışlar su altında və göl ətrafında aparılır.  Əraziyə cəlb olunan xilasedicilərin sayı 55-ə çatdırılıb. Tbilisi və Potidən əlavə xilasetmə avadanlıqları cəlb edilib. Əraziyə dalğıc qrupu da səfərbər olunub.

Göl ərazisinin 80%-də axtarış işləri aparılıb. İşlərdə Azərbaycanın xilasetmə xidməti də iştirak edib. Əldə olunan razılığa əsasən, gürcü xilasedicilər Azərbaycan tərəfə keçəcək və orada yerli xilasedicilərlə birgə axtarış işlərində iştirak edəcəklər.

Oxşar xəbərlər