• 13.12.2019

Gürcüstana Azərbaycandan qızıl və brilyantı qanunsuz gətirənlər saxlanılıb

 Gürcüstana Azərbaycandan qızıl və brilyantı qanunsuz gətirənlər saxlanılıb

Gürcüstanda “Qırmızı körpü” gömrük-keçid məntəqəsində noyabrın 20-dən dekabrın 2-dək Azərbaycan vətəndaşları saxlanılıb.

NewsBureau xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.

Saxlanılan şəxslərin üzərlərinə və avtomobillərinə keçirilən baxış zamanı gömrük nəzarətindən gizlədilən dəyəri 23,116.29 lari olan 254,63 qram emal edilməmiş qızıl və 54 ədəd brilyant daş aşkar olunub.

Ekspertizaya əsasən, məmulatların ümumi gömrük dəyəri 27,968.35 lari (16 min manatdan artıq) təşkil edib.

Gürcüstan qanunvericiliyinə əsasən, Azərbaycan vətəndaşlarına qarşı müsadirə olunan malların dəyərinə bərabər məbləğdə cərimə sanksiyası tətbiq edilib. 

Mənbə: Report

Oxşar xəbərlər