• 13.12.2019

Azərbaycandan Gürcüstana bu il nə qədər ziyarətçi gəlib?

 Azərbaycandan Gürcüstana bu il nə qədər ziyarətçi gəlib?

Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 1 404 028 nəfər təşkil edib.

NewsBureau xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Adminstrasiyasının hesabatında bildirilib.

İllik müqayisədə Gürcüstana gələn azərbaycanlı ziyarətçilərin sayı  92 121 nəfər və ya 7% artıb. Bu göstərici ilə Azərbaycan hesabat dövründə Gürcüstana gələn əcnəbilərin sayı baxımından ikinci yeri tutub.

Birinci yerdə 1 406 255 nəfərlə Rusiya, üçüncü yerdə isə 1 230 834 nəfərlə Ermənistandır.

Təkcə noyabr ayında isə Gürcüstan Azərbaycandan 114 657 ziyarətçi qəbul edib ki, bu da ötən ilin eyni göstəricisindən 8 552 nəfər, yaxud 8,1% çoxdur.

Qeyd edək ki, Gürcüstana bu ilin 11 ayında 8 690 352 nəfər, yalnız noyabr ayında isə 670 122 nəfər beynəlxalq ziyarətçi səfər edib.

Mənbə: Report

Oxşar xəbərlər